xebermen.az

Əli Əsədov qərar imzaladı

Dünən, 22:38

 

Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin dövlət informasiya resursları ilə inteqrasiyasını nəzərdə tutan qərar qəbul edib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, DTX-nin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq dövlət informasiya sistemlərinin siyahısına daxil edilib.

Bununla yanaşı, sistemin 2026-cı ilədək “Lisenziyalar və icazələr” portalına inteqrasiyası təmin ediləcək. Portal vasitəsilə DTX tərəfindən verilən lisenziya və icazələrə dair məlumatların elektron qaydada təqdim olunması nəzərdə tutulur.

Həmçinin DTX-nin informasiya sistemi “Yüksəkixtisaslı miqrant” portalına inteqrasiya ediləcək informasiya sistemləri siyahısına da əlavə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930