xebermen.az

Yanacaq böhranı səbəbindən daha bir ölkə təcili tədbirlərə əl atdı

Dünən, 22:37

 

Kanada hökuməti enerji böhranının təsiri ilə çətin vəziyyətə düşən aviasiya sektorunu dəstəkləmək üçün yeni kredit proqramı elan edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Yaxın Şərqdə yaranan gərginlik və Hörmüz boğazı ilə bağlı məhdudiyyətlər aviasiya yanacağının tədarükünü azaldıb. Bu vəziyyət Kanada da daxil olmaqla bir sıra ölkələrdə hava yollarının maliyyə vəziyyətinə mənfi təsir göstərib.

Bu səbəbdən, hökumət zərər çəkmiş aviaşirkətlərə 150 milyon Kanada dolları həcmində kredit dəstəyi verəcək. Bunun qarşılığında şirkətlər rəhbər heyətin bonuslarını məhdudlaşdırmalı və daxili uçuşları saxlamalıdır.

Məlumata görə, qlobal enerji böhranının təsiri Asiya, Afrika və Avropada da hiss olunur. Məsələn, Misir, Yaponiya, Şri-Lanka, Filippin, Niderland, Fransa və Yunanıstan kimi ölkələr artıq təcili tədbirlər görməyə başlayıblar. Mütəxəssislər isə yay aylarında enerji bazarında vəziyyətin daha da gərginləşə biləcəyi barədə xəbərdarlıq edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930