xebermen.az

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Bu gün, 14:44

 

İyunun ikinci həftəsində Yer kürəsində geomaqnit aktivliyinin artacağı proqnozlaşdırılır.

ABŞ-ın NOAA Space Weather Prediction Center G3 (güclü) və G2 (orta-güclü) səviyyəli maqnit qasırğaları ilə bağlı xəbərdarlıq yayıb. Günəşdən ayrılan plazma buludunun Yerə çatması nəticəsində geomaqnit sahəsində ciddi dalğalanmalar gözlənilir.

Mütəxəssislərin məlumatına görə, ən güclü təsirin iyunun 8-də müşahidə olunacağı gözlənilir. Həmin gün qasırğanın G3 səviyyəsinə çatması, iyunun 9-da isə G2 səviyyəsində davam etməsi proqnozlaşdırılır.

Geomaqnit aktivliyinə həssas şəxslərdə baş ağrısı, yorğunluq, yuxu pozuntuları, diqqətin azalması və arterial təzyiqdə dəyişikliklər müşahidə oluna bilər. Bununla belə, maqnit qasırğalarının insanların sağlamlığına təsiri ilə bağlı elmi sübutlar məhduddur və bu təsirlər fərddən-fərdə dəyişə bilər.

Mütəxəssislər həssas şəxslərə kifayət qədər istirahət etməyi, bol maye qəbul etməyi və stressdən uzaq durmağı tövsiyə edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930