Azərbaycan internetdən asılı olmayacaq sistem qurur
Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətlərinin qurulması üzərində işləyir.
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
O qeyd edib ki, datanın ölkədə saxlanılması ön plandadır: "Artıq sanksiyalar, müharibələr fonunda hər bir dövlət bunlara qarşı daha dayanıqlı olmaq barədə düşünür. Hətta internetin kəsilməsi halında belə öz daxili infrastrukturnun internetini, kommunikasiyasını təmin edə bilsin. Lokal eksçeynclərin qurulması, internetdən asılı olmayan suveren dövlət xidmətləri ön plandadır. Məhz bu gün Xidmətimizin üzərində işlədiyi lahiyələrdən biri də internetdən asılı olmayan suveren dövlət xidmətlərinin qurulmasıdır. Yəni ölkədə internetin kəsilməsi halında belə bu dövlət xidmətləri vətəndaşlara, digər dövlət qurumlarına əlçatan olsun və işlək vəziyyətdə olsun. Hazırda bu istiqamətdə müəyyən işlər görülməkdədir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: