xebermen.az

İran Dubay hava limanına hücumu təsdiqlədi

3-06-2026, 12:18

 

İran Silahlı Qüvvələri Birləşmiş Ərəb Əmirliklərində yerləşən Dubay beynəlxalq hava limanının hərbi hissəsinə zərbə endirib.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalı məlumat yayıb.

Dubay hava limanının hərbi sektorundan başqa, Əl-Dafra, Əl-Safran və Əl-Mənhad hərbi bazaları da hücuma məruz qalıb.

İyunun 3-də SEPAH-ın Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, həmçinin region ölkələrindən birindəki Amerika aviabazasına raket və dron zərbələri endirdiyi bildirilmişdi.

İyunun 1-də isə İran Küveytdəki Əli Əl-Salem aviabazasına zərbə endirib və nəticədə dörd Amerika hərbçisi, eləcə də üç mülki qulluqçu yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031