xebermen.az

Qabiliyyət imtahanlarına qeydiyyat üçün son günlər

30-05-2026, 15:55

 

Qabiliyyət imtahanlarına qeydiyyat gələn həftə bitir.

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin (subbakalavrların) elektron qeydiyyatı 2 iyun saat 23:59-da bitir.

Abituriyentlər ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının aid olduğu 1 istiqamət üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi "qeyri-məqbul" olsa belə, qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində "məqbul" aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031