xebermen.az

Yaponiya əhalisi rekord həddə azaldı

29-05-2026, 15:28

 

Yaponiyada son 5 ildə əhali sayı 3,09 milyon nəfər azalıb ki, bu da ölkədə statistika aparıldığı dövrdən bəri ən böyük göstərici hesab olunur.

Yaponiyanın İnzibati İşlər və Kommunikasiyalar Nazirliyinin açıqladığı siyahıyaalmanın nəticələrinə görə, 2025-ci il oktyabrın 1-nə ölkə əhalisi 123 milyon 49 min 524 nəfər təşkil edib.

Bu, 2020-ci illə müqayisədə 2,5 faiz azalma deməkdir.

Əhali sayında azalma artıq üçüncü siyahıyaalma dövrüdür ki, ardıcıl qeydə alınır. Nazirlik bunu əsasən doğum səviyyəsinin aşağı düşməsi və cəmiyyətin qocalması fonunda ölüm hallarının doğumları üstələməsi ilə izah edir.

47 prefekturadan yalnız ikisində – Tokioda (1,4 faiz) və Okinavada (0,1 faiz) əhali artımı qeydə alınıb. Ən böyük azalma isə Akita (8,1 faiz) və Aomori (7,9 faiz) prefekturalarında müşahidə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031