xebermen.az

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış vaxtı açıqlandı

28-05-2026, 15:16

 

İyunun 2-də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.

Təqdimat mərasimi Axalkalaki stansiyasında baş tutacaq.

Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.

Xatırladaq ki, 2017-ci ildən test rejimində işləyən dəmir yolu xəttinin rəsmi açılışı məhz bu il reallaşır. Ümumi uzunluğu 827 kilometr olan magistralın 213 kilometrlik hissəsi Gürcüstan ərazisindən keçir.

Dəmir yolunun Gürcüstan sahəsinin tikintisi bütövlükdə Azərbaycan tərəfindən maliyyələşdirilib. Bu məqsədlə ayrılmış 775 milyon ABŞ dolları məbləğində kredit layihənin gələcək mənfəəti hesabına ödənilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031