xebermen.az

NASA hər ay Yerin peykinə pilotsuz gəmilər göndərəcək

27-05-2026, 10:18

 

NASA 2027-ci ildə Aya demək olar ki, hər ay pilotsuz kosmik aparatlar göndərmək niyyətindədir.

Bunu ABŞ Milli Aeronavtika və Kosmik Fəza İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman "Fox News" telekanalına müsahibəsində bəyan edib.

C.Ayzekmanın sözlərinə görə, Yerin təbii peykinə pilotsuz gəmilərin göndərilməsinə artıq bu il başlanıla bilər. Bu missiyalar ABŞ-nin Ay bazasının qurulmasına hazırlıq məqsədilə həyata keçiriləcək.

"2027-ci ildən başlayaraq, biz cənub qütbündə Ay bazası inşa etdiyimiz müddət ərzində dünya demək olar ki, hər ay Aya robotlaşdırılmış enişləri müşahidə edə biləcək", - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031