xebermen.az

Daha bir məşhur universitet TƏMİR OLUNACAQ

27-05-2026, 10:18

 

Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universitetinin 3-cü korpusunda əsaslı təmir işləri aparacaq.

Satınalma çərçivəsində universitetin korpusunun yenidən qurulması və ərazinin müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur.

Layihə çərçivəsində ilk növbədə korpusun yerləşdiyi ərazinin abadlaşdırılması planlaşdırılır. Buraya avtomobil və piyada yollarının yenilənməsi, küçə işıqlandırma dirəklərinin quraşdırılması, tullantılar üçün konteyner zonalarının yaradılması, avtodayanacaq və yaşıllıq sahələrinin təşkili daxildir.

Bundan əlavə, binanın elektrik, su, kanalizasiya, suvarma sistemi, videomüşahidə və digər kommunikasiya xətlərinin layihələrinin hazırlanması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031