xebermen.az

İctimai nəqliyyatda ödənişlə bağlı yeniliklər olacaq - Video

23-05-2026, 13:01

 

Azərbaycanda ictimai nəqliyyatda gediş-dönüş sistemində inqilabi yeniliklər gözlənilir. Yaxın gələcəkdə sərnişinlər üçün gündəlik, aylıq və illik bilet paketləri istifadəyə veriləcək, həmçinin 90 dəqiqə ərzində bir nəqliyyat vasitəsindən digərinə pulsuz keçid təmin ediləcək.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov məlumat verib.

Millət vəkilinin sözlərinə görə, 2026-2028-ci illərdə brutto-müqavilə modelinə keçidlə bağlı ictimai nəqliyyatda bir sıra mühüm islahatlar reallaşdırılacaq. Vahid bilet sisteminin tətbiqi vətəndaşların ictimai nəqliyyatdan daha qənaətli və büdcələrinə uyğun şəkildə istifadə etməsinə imkan yaradacaq.

Azər Badamov onu da bildirib ki, brutto-müqavilə modelinin hazırlanması gediş haqlarının yığılması, daşıyıcı şirkətlərin xidmət haqlarının ödənilməsi, eləcə də onların xərc və gəlirlərinin əsaslandırılması üçün tam şəffaf mexanizm formalaşdıracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031