xebermen.az

“Green card” qaydaları DƏYİŞDİRİLDİ

23-05-2026, 13:01

 

ABŞ-nin İmmiqrasiya Xidməti əcnəbilər üçün viza və "qrin kart" (Green card-ing) verilişi qaydalarını dəyişib. Artıq ABŞ ərazisində ola-ola "qrin kart" üçün müraciət etmək mümkün olmayacaq, belə ki, bunun üçün ərizəçi öz vətəndaşı olduğu ölkəyə qayıdaraq oradan ABŞ-nin diplomatik missiyasına müraciət etməli olacaq.

Bu barədə ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb.

Bildirilib ki, əcnəbilər öz ölkələrindən müraciət etdikdə, yaşayış icazəsi üçün ərizələrinə rədd cavabı gəldikdən sonra ABŞ-də qanunsuz qalmağa çalışan şəxslərin axtarılması və deportasiya edilməsinə ehtiyac azalır.

Qurumdan bildirilib ki, qeyri-immiqrasiya vizalarının sahibləri - məsələn, tələbələr, müvəqqəti işçilər və ya turistlər - ABŞ-yə qısa müddət və müəyyən məqsədlə gəlirlər. Onlar səfərləri başa çatdıqdan sonra ölkəni tərk etməlidirlər. Lakin bir çox hallarda onlar ABŞ-yə gəldikdən sonra immiqrasiya prosesinə başlayırlar. Yeni qaydanın tətbiqi bunun qarşısını almağa yönəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031