xebermen.az

Putin Azərbaycana gələ bilər, Zelenski Ermənistana yox? - Paşinyandan Rusiyaya cavab

22-05-2026, 12:20

 

Ermənistanın baş naziri Nikol Paşinyan mayın əvvəlində İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinə səfərinə görə səslənən tənqidlərə münasibət bildirib.

Paşinyanın çıxışı “Armenpress” agentliyi tərəfindən yayımlanıb.

O bildirib ki, Zelenskinin Ermənistana gəlməsində qeyri-adi heç nə yoxdur: “Hələ bir də deyirlər ki, Ukrayna prezidenti niyə Ermənistana gəlib? Bağışlayın, niyə gəlməməli idi ki?” - deyə Paşinyan vurğulayıb.

Paşinyan qeyd edib ki, Ermənistan-Azərbaycan müharibəsi davam etdiyi dövrdə Rusiya prezidenti Vladimir Putin də Bakıya səfərlər edib və bu, İrəvanda sual doğurmayıb.

Xatırladaq ki, Vladimir Zelenski mayın 3-də İrəvana gələrək Avropa Siyasi Birliyinin sammitində iştirak edib. O, tədbir çərçivəsində Nikol Paşinyanla görüşüb.

Daha sonra Ukrayna lideri çıxışı zamanı Moskvada 9 May paradına zərbə endirilə biləcəyinə dair açıqlama verib. Bu bəyanatdan sonra Ermənistanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, mayın 4-5-də keçirilən “Ermənistan - Avropa İttifaqı” və Avropa Siyasi Birliyi sammitlərində Avropa İttifaqı, Qərbi Balkanlar, Cənubi Qafqaz, eləcə də Ukrayna və Moldovadan olan liderlər iştirak ediblər. Tədbirdə təhlükəsizlik, Ermənistanın Avropa İttifaqına yaxınlaşması və Ukrayna münaqişəsinin perspektivləri müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930