xebermen.az

Ermənistanda Kərki müzakirəsi, Paşinyan izahat verməli oldu - Qaytarılır?

22-05-2026, 12:18

 

Ermənistanın işğalı altında olan Kərki kəndi (ermənilər onu Tiqranaşen adlandırır) ilə bağlı ermənilər arasında mübahisə yaşanır.

 “Google Maps”də kəndin adının Kərki kimi göstərilməsi erməniləri narahat edib. Onlar kəndin Azərbaycana qaytarılacağını bildirirlər.

İnternet müzakirələrinə Ermənistanın Baş naziri Nikol Paşinyan da qoşulub. Paşinyan bildirib ki, bu kəndin adı “Google Maps”də həmişə Kərki kimi göstərilib.

"Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsinə əsasən ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb və bu əsasda delimitasiya aparıblar. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan müvafiq olaraq Ermənistan SSR və Azərbaycan SSR ilə eynidir.

Biz anklavlar məsələsindən imtina edə bilmərik, çünki özümüzdə Artsvaşen (Başkənd) var. Mən də bundan imtina edə bilmərəm, çünki bu, cinayət təqibi üçün əsasdır; heç kim Ermənistanın suveren ərazisindən imtina edə bilməz. Amma bu, mürəkkəb bir məsələdir.

Hazırda bu məsələnin həlli ilə bağlı heç bir razılaşma yoxdur. Bu mövzuda danışarkən, Ermənistanın suveren ərazisinin qaytarılmasından danışıram. Delimitasiya prosesi zamanı müəyyən optimallaşdırma baş verərsə, bu baş verə bilər və bu halda proses açıq, ictimai və şəffaf olacaq”, - Paşinyan bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930