xebermen.az

ABŞ-a sərt xəbərdarlıq - “Qanlı qırğın baş verəcək”

20-05-2026, 10:05

 

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-ın ölkəsinə hərbi müdaxilə ehtimalını sərt tənqid edib.

O, “X” sosial şəbəkəsindəki paylaşımında bu cür ssenarinin “nəticələri proqnozlaşdırılması mümkün olmayan qanlı qırğınla” nəticələnəcəyini bildirib.

Dövlət başçısı vurğulayıb ki, belə bir hərbi əməliyyat dünya və regiondakı sabitliyə dağıdıcı təsir göstərəcək. O, Kubanın heç bir ölkəyə, o cümlədən ABŞ-a qarşı təhdid yaratmadığını və aqressiv planlarının olmadığını bəyan edib.

Qeyd edək ki, daha əvvəl “Politico” qəzeti ABŞ administrasiyasının Kubaya qarşı sərt iqtisadi sanksiyaların və yanacaq blokadasının gözlənilən nəticəni verməməsindən sonra hərbi müdaxilə ssenarilərini nəzərdən keçirdiyi barədə məlumat yayıb.

Nəşrin məlumatına görə, rəsmi Vaşinqton bir neçə variant üzərində işləyir. Bunların arasında Havananı güzəştlərə məcbur etmək üçün məhdud aviasiya zərbələri və ya Kuba rəhbərliyini devirmək məqsədilə quru qoşunlarının müdaxiləsi də var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930