xebermen.az

Bazarlarda nübarlıq meyvələrin əl yandıran qiymətləri - VİDEO

20-05-2026, 10:03

 

Ərik, nektarin, gilas, tut... Artıq yaz mövsümünə uyğun meyvələr bazar və mağaza piştaxtalarını bəzəməyə başlayıb. Meyvələrin yalnız görünüşü deyil, qiymətləri də bir-birindən fərqlənir.

Ölçüsü daha iri olan meyvələr daha yüksək qiymətə satılır, nisbətən kiçik və fərqli ölçüdə olan məhsullar isə daha ucuz təklif edilir.

Satıcıların sözlərinə görə, bu il meyvələrin qiyməti əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Onlar bunu havaların qeyri-sabit keçməsi və məhsuldarlığın azalması ilə əlaqələndirirlər.

Alıcıların isə qiymətlərlə bağlı fikirləri müxtəlifdir. Bəziləri qiymətlərin yüksək olduğunu desə də, digərləri mövsümün əvvəlində bu halın normal olduğunu düşünür.

Satıcılar yaxın həftələrdə bazarda məhsul bolluğunun artacağını, bunun da qiymətlərə təsir edərək daha münasib səviyyəyə enməsinə səbəb olacağını bildirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031