xebermen.az

1 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır

17-05-2026, 13:32

 

İqlim siyasətinin milli səviyyədə müəyyən olunmuş tövsiyələrlə uzlaşdırılması artıq şəhərsalma məzmununu 49 faizdən 2025-ci ildə 80 faizə çatdırıb.

Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündəki çıxış zamanı səsləndirib.

O bildirib ki, bu, olduqca önəmli nailiyyətlərdir. “Lakin bu, hələ ki, kifayət etmir. İcra hələlik qeyri-bərabərdir və bir çox sahələrdə kifayət etməyən səviyyədədir. Burada da dayanıqlı investisiyalara, sərmayələrə böyük ehtiyac var. 1 milyarddan çox insan gecəqondularda və yaxud qeyri-formal yerlərdə yaşayır. 150 milyondan çox insan məhz gecəqondularda və qeyri-formal yerlərdə doğulur. Məsələ bu baxımından regionları aşan bir çağırışdır. Evsizlik bütün dünyada olan bir çağırışdır. Xüsusilə iqlim dəyişikliyi və böhranla bağlı olaraq da bu, xüsusi əhəmiyyət təşkil edən məsələlərdir. Daşqınlar, quraqlıqdır, qasırğalar və digər problemlərin fonunda xüsusilə önəmlidir. Ötən 2 dekada ərzində 80 faizdən çox şəhər əhalisi həmin problemlərlə birbaşa üzləşib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930