xebermen.az

Şuşada IX "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı başladı

14-05-2026, 13:47

 

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 14-də Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı başlayıb.

Milli.Az Azərtac-a istinadən xəbər verir ki, festivala Cıdır düzündə "Mənim Azərbaycanım" rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun "Cənnətim Qarabağ" əsəri ilə start verilib.

Bu il də "Xarıbülbül"ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən musiqi kollektivləri və solo ifaçılar qatılıblar. Bu musiqi bayramının əsas məqsədlərindən biri məhz mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.

Festivala azərbaycanlı ifaçılarla yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan incəsənət xadimləri dəvət olunub. Tədbirdə korifey ifaçılar, həmçinin gənc musiqiçilər çıxış edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031