xebermen.az

Dəniz mənzərəli evlərdəki problem - Nəyə diqqət etməli?

12-05-2026, 14:36

 

Dəniz mənzərəsinə olan maraq bəzən vətəndaşlar üçün ciddi maddi itkiyə çevrilir.

Dəniz mənzərəli binalarda mənzillər digər mənzillərlə müqayisədə 30-50 faiz daha baha qiymətə təklif olunur. Lakin sonradan həmin mənzillərin qarşısında yeni bina tikildikdə və mənzərə bağlandıqda, daşınmaz əmlakın bazar dəyəri kəskin şəkildə aşağı düşür.

Əmlak eksperti Firdovsi Xəlilov bildirib ki, şəhərin bəzi ərazilərində vətəndaşların mənzərəyə aldanma riski daha yüksəkdir. Onun sözlərinə görə, bu risk ərazinin relyefi və tikilən binanın mərtəbə sayı ilə birbaşa bağlıdır.

Vəkil Tural Şahbazov isə məsələnin hüquqi tərəfinə diqqət çəkərək qeyd edib ki, problem müqavilə əsasında tənzimlənməlidir.

O bildirib ki, əgər vətəndaş mənzil alarkən müqavilədə "dəniz mənzərəsi" ilə bağlı xüsusi bəndin daxil edilməsinə nail olubsa, gələcəkdə mənzərə bağlandığı halda məhkəməyə müraciət edərək təzminat tələb edə bilər.

Mütəxəssislərin fikrincə, mənzil alarkən mənzərəyə görə əlavə ödəniş edən şəxslər müqavilədə bunun ayrıca qeyd olunmasına xüsusi diqqət yetirməlidirlər.

Əks halda, bir gün pəncərədən baxarkən dəniz əvəzinə qarşıdakı binanın divarı ilə üz-üzə qala bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930