xebermen.az

ÜST sakitləşdirməyə çalışır, amma... - Azərbaycanlı həkim təhlükəli simptomları açıqladı

12-05-2026, 14:33

 

Fransa hakimiyyəti hantavirus infeksiyası aşkarlanan şəxslərlə təmasda olan 8 nəfəri karantinə salıb. Onlardan biri virus daşıyıcısının olduğu təyyarədə səyahət edib, digərləri isə kruiz gəmisindən enən sərnişinlə əlaqədə olublar. Üç nəfərin virusdan həyatını itirdiyi bildirilir.

Ardınca Polşa da bir nəfəri hantavirusa yoluxma şübhəsi ilə sanitar nəzarət altına alıb. Mütəxəssislər virusun təhlükəli olduğunu desələr də, Ümumdünya Səhiyyə Təşkilatı yeni pandemiya riskinin olmadığını açıqlayıb.

Infeksionist Vasif Əliyev Baku TV-yə açıqlamasında bildirib ki, hantavirus insanlara əsasən gəmiricilər vasitəsilə keçir:

"Xəstəliyin əsas əlamətləri qızdırma, baş ağrısı, baş gicələnməsi, əzələ ağrıları, eyni zamanda tənəffüs çatışmazlığıdır. Amerika qitəsində müşahidə olunan hantavirus növləri ən təhlükəliləridir və ölüm riski daha yüksək hesab edilir. Təəssüf ki, hazırda bu virusa qarşı hər hansı peyvənd və ya xüsusi antiviral dərman mövcud deyil".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930