xebermen.az

Kardiocərrahdan sərt xəbərdarlıq: Hər gün içdiyiniz içkilərdən bəzilərini "maye ölüm" adlandırdı

30-04-2026, 12:00

 

Ürək cərrahı (kardiocərrah) Ceremi London şirin qazlı içkilərdən uzaq durmağa çağırıb və onları "maye ölüm" adlandırıb.

Həkim "Mirror" nəşrinə müsahibəsində bu içkilərin qəbulunun mümkün fəsadlarından danışıb.

"Düşünürəm ki, şirin qazlı içkilər cəmiyyətimizin böyük bəlasıdır. Aydındır ki, yüksəkkalorili qazlı içkilər içməyi özümüzə qadağan etməliyik. Siz heç təsəvvür belə etmirsiniz ki, şəkərli içkilərdən nə qədər kalori qəbul edirsiniz", - deyə Ceremi London bildirib.

Həkim əlavə edib ki, siqaret də sağlamlığa son dərəcə zərərli təsir göstərir.

"Siqaret çəkmək orqanizminizə edə biləcəyiniz ən pis şeylərdən biridir. Bu, ağciyərləri məhv edir, ağciyər xərçənginə səbəb olur, ürək-damar xəstəlikləri, infarkt və insult riskini artırır. Siqaret çəkməyin", - deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930