xebermen.az

Mağazada bilmədən məhsul sındırdınsa, pul ödəməlisən? - QANUN

30-04-2026, 11:54

 

Mağazada alış-veriş zamanı təsadüfən məhsul sındırmaq bir çox insanın qarşılaşa biləcəyi hallardandır.

Bəs, belə vəziyyətdə alıcı bilmədən sındırdığı əşyaya görə ödəniş etməlidirmi?

Mülki Məcəllənin 152.10-cu maddəsinə əsasən əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski mülkiyyətçinin (satıcının) üzərinə düşür.

Alıcı mağazada məhsulun təsadüfən (ehtiyatsızlıqdan) sındırılmasına və ya zədələnməsinə görə məsuliyyət daşımır və bu halda ondan məhsulun ödənişi tələb oluna bilməz.

Təsadüfi hallara alıcının hərəkətləri ilə əlaqəli olmayan, digər səbəblərdən yaranan ziyanlar aid edilir. Məsələn, məhsulların düzgün yerləşdirilməməsi, satıcının məhsulların təhlükəsizliyi üçün lazımi şəraiti təmin etməməsi və s.

Lakin əgər mağazadakı məhsul qəsdən sındırılıb və ya zədələnibsə, bu zaman dəymiş zərər ödənilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031