xebermen.az

Telefonlarda yeni dönəm - 2027-ci ildən məcburi olacaq

28-04-2026, 12:59

 

Avropa Birliyi 2027-ci ilin yanvarından etibarən satılacaq bütün mobil telefonlarda çıxarıla bilən batareyanı məcburi etməyə hazırlaşır.

Yeni qaydalara əsasən, batareyalar istifadəçi tərəfindən asanlıqla çıxarılıb dəyişdirilə biləcək şəkildə istehsal olunmalıdır.

AB bildirir ki, bu addım köhnəlmiş batareyaya görə insanların tez-tez yeni telefon almaq məcburiyyətini azaldacaq və cihazların istifadə müddətini uzadacaq.

Qərar yalnız Avropa bazarı üçün nəzərdə tutulsa da, daha əvvəl USB-C vahid şarj portu qaydasında olduğu kimi, bunun da qlobal telefon istehsalçılarına təsir edə biləcəyi düşünülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031