xebermen.az

Bu ölkədə qanlı şənbə: Nazir və həyat yoldaşı öldürüldü, kəşfiyyat rəhbəri...

27-04-2026, 14:29

 

Malidə terror qruplaşmalarının koordinasiyalı hücumları ölkənin hərbi rəhbərliyini hədəf alıb.

"Frans Press" agentliyinin təhlükəsizlik xidmətindəki mənbələrə istinadən yaydığı məlumata görə, hücumlar nəticəsində ölkənin ən yüksək vəzifəli şəxsləri arasında itkilər və yaralılar var.

Aprelin 25-də Kati şəhərinə edilən hücum zamanı Mali kəşfiyyatının rəhbəri general Modibo Kone və ordunun Baş qərargah rəisi general Umar Diarra yaralanıblar. Onların vəziyyəti ilə bağlı ətraflı məlumat verilmir.

Müdafiə naziri Sadio Kamara Kati şəhərindəki iqamətgahına edilən hücum zamanı həlak olub. Dəhşətli hadisə zamanı nazirlə yanaşı, onun həyat yoldaşlarından biri və iki nəvəsi də həyatını itirib.

Baş verən qanlı hadisələrlə əlaqədar Malinin keçid dövrünün prezidenti Assimi Qoita aprelin 27 və 28-də ölkədə milli matəm elan edib.

Məlumata görə, hücumlar "Əl-Qaidə"yə bağlı "Camaat Nüsrət əl-İslam vəl-Müslimin" koalisiyası və "Azavad Azadlıq Cəbhəsi"nin tabeliyində olan Tuareq üsyançıları tərəfindən koordinasiya edilib. Terrorçular eyni vaxtda paytaxt Bamako, həmçinin Kati, Qao, Sevare və Kidal şəhərlərindəki qarnizonlara hücum təşkil ediblər.

Mali Baş Qərargahı hazırda bütün sözügedən yaşayış məntəqələrində vəziyyətin nəzarət altında olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930