xebermen.az

Dünyanın ən romantik 10 şəhəri açıqlanıb

25-04-2026, 12:13

 

Dünyanın ən romantik şəhərlərinin siyahısı açıqlanıb.

Bu barədə səyahət rezervasiyası şirkəti tərəfindən aparılan araşdırmanın nəticələrində qeyd olunub.

Araşdırma zamanı "Tripadvisor"da qeydiyyatdan keçmiş romantik restoran və hotellərin sayı, cütlüklər üçün məkanlar və "Google" sistemində toylarla bağlı axtarışlar analiz edilib. Nəticədə ilk onluq müəyyənləşdirilib.

İtaliyanın Venesiya şəhəri 10 üzərindən 9.65 xal toplayaraq Paris və Roma kimi şəhərləri geridə qoyub. Şəhərdə hər 100 min nəfərə düşən romantik restoran və hotellərin sayı ən yüksək olub.

İkinci yerdə Florensiya, üçüncü yerdə Mərrakeş, dördüncü pillədə Roma, beşinci yerdə Hindistanın Udaypur şəhəri, altıncı yerdə Edinburq (Şotlandiya), yeddinci yerdə London, səkkizinci yeridə isə San-Fransisko qərarlaşıb.

Reytinqin ilk onluğunu Paris, Vyana və Barselona tamamlayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930