xebermen.az

Çin Ayı fəth edir - Uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlandı

24-04-2026, 10:11

 

Çin Aerokosmik Elm və Texnika Korporasiyasının mütəxəssisi Şao Limin ölkəsinin Aya uçuşlar üçün yeni nəsil idarəolunan kosmik gəmi hazırladığını bəyan edib.

Bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Bildirilib ki, bu layihə çinli astronavtların (taykonavtların) Yer orbitindən kənara çıxması üçün yeni texnoloji platforma rolunu oynayacaq.

Aprelin 24-ü Çində Milli Kosmonavtika Günü kimi qeyd olunur. Şao Limin bildirib ki, son iki il ərzində Çin Ayın idarəolunan aparatlarla kəşfiyyatı proqramını aktiv şəkildə icra edir və yaxın gələcəkdə Çin vətəndaşlarının Ay səthinə ayaq basacağı gözlənilir.

Paralel olaraq Çin kosmik sənayesinin digər sahələrində də uğurlar davam edir. Belə ki, bu ilin yanvarında "Galactic Energy" şirkəti "Xiwang" (Ümid) adlı Beynəlxalq Əşyaların İnterneti (IoT) layihəsi üçün dörd "Tianqi" peykin orbitə çıxarıb. Hazırda bu texnologiya vasitəsilə avtomobillər və portativ cihazlar üçün yeni elektron xidmətlərin yaradılması üzərində işlər gedir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031