xebermen.az

Sosial ödənişlər 2 dəfə artırılıb: Yeni rəqəmlər açıqlandı

23-04-2026, 13:51

 

Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə əlillərinə göstərilən sosial dəstək daha da genişləndirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev APA İnformasiya Agentliyi və ARB24-ə müsahibəsində bildirib ki, bu kateqoriyadan olan 132 min nəfərə ümumilikdə 424 min müxtəlif xidmət göstərilib.

Nazirin sözlərinə görə, sosial ödənişlərin məbləği iki dəfə artırılıb. Müharibədən sonra 7200 nəfər mənzillə, 570 nəfər isə avtomobillə təmin olunub. Ümumilikdə isə indiyədək 16 min şəhid ailəsi və müharibə əlilinə mənzil verilib.

Anar Əliyev müsahibəsində əmək və məşğulluq məsələləri ilə bağlı mövcud vəziyyət və qarşıdakı hədəflər barədə məlumat verib, sosial ödənişlər sahəsində atılacaq addımlardan bəhs edib və bir sıra məqamlara aydınlıq gətirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930