xebermen.az

Bu dərman keçmişi UNUTDURURMUŞ - Çoxumuz istifadə etmişik

16-04-2026, 09:46

 

Propranolol (Azərbaycanda dideral) tez-tez yüksək təzyiq üçün təyin olunan bir dərmandır. Stress hormonlarinin həddindən artiq sərbəst buraxılmasının qarşısını alaraq, bədəni rahatlaşdırır.

Bu dərman ürək-damar sağlamlığını nəzarət altında saxlayır.
Bundan başqa propranolol angina, ürək döyüntülərinin nizamsızlığı (aritmiya), titrəmələrin müalicəsində və miqrenin qarşısının alınmasında istifadə edilən beta-blokerdir.

Lakin bu dərmanın başqa bir xüsusiyyəti də var. Kanadalı alim Alan Brunet 15 il ərzində araşdırmalardan sonra bu qənaətə gəlib ki, keçmişin əzab-əziyyətindən qurtula bilməyən şəxslər bu dərman vasitəsilə yenidən normala dönə bilər.

Çünki bu dərman post-travmatik stres pozuntusunu aradan qaldırır.

Kanadalı alimin təklif etdiyi bərpa prosesi terapiya seansından bir saat əvvəl propranolol qəbul etməklə başlayır, sonra pasientlərdən xahiş edilir ki, öz travmalarını ətraflı şəkildə kağıza yazıb ucadan oxusunlar. Nəticədə pasiyent keçmişə aid hansısa hadisəni xatırlayıb onunla bağlı yeni bir detalı yadına salanda, həmin xatirə blokdan çıxmış olur. Bu zaman o yenilənir və bu dəfə fərqli şəkildə yadda qalır, yəni əvvəlki ağrılı formadan çıxır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930