xebermen.az

İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı

6-04-2026, 21:30

 

İş tapmaqda çətinlik çəkən qadınlar üçün yeni dövlət layihəsinə start verilib.

Layihə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən "Zərif iş gücü" layihəsidir.

Layihənin əsas məqsədi uzun müddət əmək bazarından kənarda qalan, iş tapmaqda çətinlik çəkən və iqtisadi müstəqilliyini artırmaq istəyən qadınların məşğulluğuna dəstək olmaqdır.

Layihə çərçivəsində xüsusilə həssas kateqoriyaya aid olan qadınlara üstünlük veriləcək. Onlara şəhid ailələrinin üzvləri, sosial müavinət alanlar, eləcə də müxtəlif səbəblərdən əmək bazarından uzaq düşmüş qadınlar daxildir.

Layihəyə qoşulmaq istəyən qadınlar əvvəlcə qeydiyyatdan keçməlidirlər. Daha sonra onlar müsahibəyə dəvət olunacaq. Müsahibə mərhələsini uğurla keçən iştirakçılar peşə təlimlərinə cəlb ediləcək, karyera məsləhət xidmətlərindən yararlanacaq və iş tapmaq imkanlarını artıracaqlar.

Qeydiyyat 15 aprel tarixinədək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930