xebermen.az

Övladının dəfnində "TikTok"da canlı yayım açan ailə barədə daha bir qərar

6-04-2026, 21:29

 

Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası ilə bağlı kompleks tədbirlər planı hazırlanıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə ailənin qiymətləndirilməsi aparılıb:

"Qiymətləndirmənin nəticələrinə əsasən, ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası istiqamətində kompleks tədbirlər planı hazırlanıb. Proses boyunca peşəkar sosial işçilər və psixoloqlar tərəfindən ailəyə mütəmadi dəstək göstəriləcək".

Xatırladaq ki, aprelin 1-də Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan aprelin 3-də onlardan biri ölüb. Ailənin ümumilikdə 9 uşağı olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, ailənin 2 azyaşlı uşağı dövlət müəssisəsinə yerləşdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031