xebermen.az

Tez-tez baş verən baş ağrılarının səbəbi bu imiş...

6-04-2026, 12:48

 

"Baş ağrılarından ən çox perfeksionistlər əziyyət çəkir".

Bunu mütəxəssis, psixosomatoloq Yelena Verşinina News.ru saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu cür ağrılar təsadüfi yaranmır, zamanla toplanan uzunmüddətli daxili gərginliyin nəticəsidir.

"Tez-tez baş verən baş ağrılarının səbəbi nədir? Əgər onlara psixosomatika baxımından yanaşsaq, bu, uzunmüddətli psixoloji gərginliyin təzahürüdür. Miqrenlər, adətən, beyni daim həddindən artıq gərginləşdirmək vərdişinə görə perfeksionistləri və özünütənqidə meyilli insanları müşayiət edir", - deyə Verşinina qeyd edib.

Məlumat üçün bildirək ki, perfeksionizm, bir insanın hər şeyin mükəmməl və qüsursuz olması ilə bağlı daim yüksək standartlar təyin etməsi və buna çatmağa çalışmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930