xebermen.az

Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər?

5-04-2026, 15:03

 

Skuter sürənlər də bəzi hallarda cərimələnəcəklər.

Piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli "Xəzər Xəbər"ə bildirib ki, son dövrlərdə kiçik elektrik nəqliyyat vasitələrindən, xüsusilə skuterlərdən istifadə edən sürücülərin sayında artım müşahidə olunur. Belə nəqliyyat vasitələri səssiz və sürətli hərəkətinə görə piyadalar üçün daha çox risk hesab edilir.

Nəqliyat eksperti Yasin Mustafayevin sözlərinə görə, sözügedən nəqliyyat vasitəsinə son illərdə marağın artması sevindirici haldır. Lakin qayda pozuntularının da artması özü ilə birlikdə qəza riskini də yüksəldə bilər.

Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən kiçik elektik nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla, eyni zamanda, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etməsi qadağandır. Belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İXM-nin 338-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930