xebermen.az

Azərbaycan gimnastı qızıl medal qazandı

5-04-2026, 14:58

 

Bakıda bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turniri davam edir.

Gənclər kateqoriyasında çıxış edən Azərbaycan təmsilçisi Azadə Atakişiyeva qızıl medal qazanıb.

O, lent proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançı daha əvvəl topla hərəkətlərin icrasında ikinci olub.

Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüş medala yiyələnib.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031