xebermen.az

Bu şəxslərin övladlarına 140 manat verilir

30-03-2026, 11:31

 

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinətin məbləği 140 manatdır.


Müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin edilir.


Müavinətin müddəti müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə qədərdir.


Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.


Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. (metbuat.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031