xebermen.az

İranda vurulan hədəflərin sayı açıqlandı - Şok rəqəmlər

29-03-2026, 15:18


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) anti-İran əməliyyatı zamanı 11 mindən çox hərbi hədəfin vurulduğunu iddia edir.

Qurum bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Məlumatda qeyd olunub ki, ölkə hərbçiləri 11 mindən çox döyüş uçuşu həyata keçiriblər. Vurulan hədəflər arasında 150-dən çox zədələnmiş və ya məhv edilmiş gəmi var.

Fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Vaşinqton İslam Respublikasına endirilən zərbələri Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı "səbrin tükənməsi" ilə izah edib. Cavab olaraq İran İsrailə, eləcə də ABŞ-ın Yaxın Şərqdəki, o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-dəki bazalarına raket və dronlarla zərbələr endirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031