xebermen.az

Yanacaq satışı məhdudlaşdırıldı - Yaxın Şərqdəki münaqişəyə görə...

24-03-2026, 13:05

 

Yaxın Şərqdəki münaqişə fonunda Böyük Britaniyada kənd təsərrüfatı texnikası sahiblərinə yanacaq satışına məhdudiyyətlər tətbiq olunub.

Bu barədə "The Daily Telegraph" məlumat yayıb.

Esseks qraflığında və Şotlandiyanın bəzi bölgələrində topdansatış təchizatçılar dizel yanacağının miqdarına rasionlaşdırma tətbiq ediblər.

“Anglia Farmers” şirkətinin sözçüsü Patrik Krehan bildirib ki, "Topdansatış təchizatçıları mümkün qədər çox sorğunu ödəmək üçün sifariş həcmlərini azaltmalı olublar. Məsələn, bir fermerə 10 ton yerinə, müxtəlif fermerlərə 2 ton çatdırırlar".

Qeyd edək ki, bazar ertəsi günü Baş nazir Kir Starmer İcmalar Palatasındakı çıxışında Yaxın Şərqdəki döyüşlərə baxmayaraq, ölkədə enerji təchizatına dair “ciddi narahatlıq” olmadığını bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930