xebermen.az

Bu yanacağın qiyməti bahalaşdı

22-03-2026, 09:43

 

Fevral ayında başlayan ABŞ-İsrail və İran arasındakı müharibə qlobal aviasiya sənayesinə ağır zərbə vurub. Dünyanın 20 ən böyük aviaşirkəti münaqişənin başladığı gündən bəri ümumilikdə 53 milyard dollar dəyər itirib.

Bu barədə "The Financial Times" (FT) qəzeti məlumat yayıb.

Nəşrin yaydığı materialda qeyd olunur ki, hazırda aviasiya sənayesi COVID-19 pandemiyasından bəri ən ağır böhran dövrünü yaşayır. Müharibə nəticəsində Fars körfəzindəki əsas tranzit hava limanlarının (habların) fəaliyyəti pozulub, yüzlərlə uçuş təxirə salınıb və ya tamamilə dayandırılıb.

Aviaşirkətlərin rəhbərləri artıq yanacaq qıtlığı ilə bağlı həyəcan təbili çalmağa başlayıblar. Hesabata görə,təyyarə yanacağı (jet fuel) aviaşirkətlərin ümumi xərclərinin üçdə birini təşkil edir. Müharibənin başladığı 28 fevral tarixindən bəri yanacağın qiyməti iki dəfə artıb.

Mütəxəssislər bildirirlər ki, artan xərclər və yanacaq çatışmazlığı yaxın vaxtlarda aviabiletlərin qiymətində kəskin artıma səbəb olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031