xebermen.az

Müharibədə daha bir idmançı həlak oldu

19-03-2026, 09:40


 

Səmti müəyyən etmə üzrə idman ustalığına namizəd Dmitri Qutsalenko Rusiya ilə müharibədə həlak olub.


Bu barədə Ukrayna Səmti Müəyyən Etmə Federasiyası məlumat yayıb.


Qutsalenko Zaporojye bölgəsinin Lyubitske kəndi yaxınlığında döyüş tapşırığı yerinə yetirərkən həlak olub. Dmitri 45 yaşında idi. O, Ukrayna Silahlı Qüvvələrində təmir-bərpa batalyonunun təxliyə taqımının komandiri kimi xidmət edib.


Federasiyanın açıqlamasında deyilir: “Ukrayna Səmti Müəyyən Etmə Federasiyası Dmitrinin ailəsinə, xüsusən də Tatyana Qutsalenkoya, ailəsinə, dostlarına və idmançı yoldaşlarına dərin hüznlə başsağlığı verir. Dmitri əbədi olaraq Ukraynanın oğlu, qardaşı, dostu və müdafiəçisi kimi xatırlanacaq”.


Sülh dövründə Qutsalenko səmti müəyyən etmə idman növü ilə məşğul olurdu və sərhəd qoşunlarının çempionu idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031