xebermen.az

Bayram günü ilə bağlı vacib XƏBƏRDARLIQ

18-03-2026, 20:09

 

Günəş partlamaları və koronal dəlikdən qaynaqlanan güclü G3 maqnit fırtınası Yerə yaxınlaşır. Geomaqnit aktivliyi yaxın günlərdə pik həddə çatacaq.

Britaniya Geoloji Xidməti bu barədə xəbərdarlıq edib.

Mütəxəssislərin fikrincə, martın 16-da Günəşdə tac kütləsinin atılması baş verib və bu, tezliklə Yerə çatacaq.

"Qısamüddətli G3 qasıra dövrlərinin ehtimalı ilə geomaqnit aktivliyində əhəmiyyətli artım gözlənilir", - ekspertlər xəbərdarlıq ediblər.

Bundan əlavə, martın 17-si səhəri daha bir M sinifli (orta səviyyəli) Günəş partlayışı qeydə alınıb. Onun emissiyası geomaqnit aktivliyinin daha da artmasına da səbəb olacaq.

Günəşdə koronal dəliyin təsiri səbəbindən martın 18 və 19-da  aktivliyin artması gözlənilir. Bu arada, martın 19-20-də Yer kürəsinə güclü maqnit qasırğası vuracaq. /Lent.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930