xebermen.az

Yuxu pozuntularının sağlamlığa təsiri

15-03-2026, 09:51

 

Yuxu pozuntuları sağlamlığa təsir edir.

Türkiyəli həkim Muhammed Emin Akkoyunlu deyib ki, xoruldama, səhərlər yorğun oyanmaq və gün ərzində yuxulamaq kimi əlamətlər ciddi xəstəliyin göstəricisi ola bilər.

Onun sözlərinə görə, bu əlamətlər çox vaxt "Yuxu apnesi"nin xəbərçisidir və vaxtında müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər. Qeyd edib ki, yuxu təkcə istirahət deyil, həm də orqanizmin yeniləndiyi və immun sisteminin gücləndiyi həyati bir prosesdir.

Professor bildirib ki, xüsusilə səhərlər yorğun oyanan və gün ərzində qəfil yuxulama ehtiyacı hiss edən şəxslər vaxt itirmədən həkimə müraciət etməlidirlər. Çünki müalicə olunmayan yuxu apnesi ürək tutması, hipertoniya, piylənmə və şəkərli diabet kimi xəstəliklərin riskini artırır.

Akkoyunlu həmçinin qeyd edib ki, yuxu pozuntuları diqqətin azalmasına səbəb olur və bu da yol-nəqliyyat və iş qəzalarının sayını artıra bilər. Onun sözlərinə görə, keyfiyyətli yuxu yalnız fərdi sağlamlıq üçün deyil, həm də cəmiyyətin təhlükəsizliyi üçün vacibdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930