xebermen.az

Yaddaş pozğunluğuna nəyin səbəb olduğu müəyyənləşdi

12-03-2026, 21:29

 

Demensiya ilə əlaqəli olmayan yaşla bağlı yaddaş zəifləməsinin səbəbi açıqlanıb.

Bununla bağlı Stenford Universitetinin alimləri tərəfindən tədqiqat aparılıb.

Nəticələrə əsasən, bəzi bağırsaq bakteriyaları, bağırsaqla beyin arasındakı siqnalları poza və yaddaşa cavabdeh olan beyin sahələrinin fəaliyyətini zəiflədə bilər.

Tədqiqat çərçivəsində siçanların mikrobiomu dəyişdirilərək, yaşlı heyvanlarla birlikdə saxlanılıb və ya onlara yaşlı fərdlərin mikroflorası köçürülüb. Bundan sonra heyvanlar yaddaş testlərindən keçirilib. “Yaşlı” mikrobiomu olan siçanlar yeni obyektləri tanıma tapşırıqlarını daha pis yerinə yetiriblər.

Alimlər xüsusilə “Parabacteroides goldsteinii” bakteriyasına diqqət yetiriblər. Məlumata görə, onun miqdarı yaş artdıqca çoxalır. Tədqiqatçılar bu bakteriyanı siçanların bağırsağına yerləşdirəndə heyvanların yaddaşı pisləşib. Məlum olub ki, bu bakteriya orta zəncirli yağ turşuları ifraz edir və bunlar bağırsaqla beyin arasında vacib əlaqə kanalının fəaliyyətini azaldır.

Qeyd edək ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930