xebermen.az

Bazarda bu məhsullar bahalaşdı - Video

10-03-2026, 11:00


 

Novruz bayramı ərəfəsində çərəz bazarında qiymətlər artıb. Bəzi çərəzlərin qiyməti iki dəfə bahalaşıb.

Hazırda bazarda ən bahalı quru meyvə püstədir.

Püstə 50-55 manat, fındıq 28 manatadır. Yerli püstəyə piştaxtalarda rast gəlinməsə də, xaricdən gətirilən məhsula tələbat var.

Püstə ilə bərabər, bu il 100 faizlik bahalaşma fındıqda da müşahidə edilir. Satıcıların sözlərinə görə, qiymətlər son 10-15 gündür artıb. İrandan məhsul gətirilməsində çətinliklər yaşandığından bu? bazara da təsir edib. Yerli məhsul isə bu il az olub.

Digər quru meyvələrin qiymətlərində də artımlar var.

Satıcıların sözlərinə görə, bayramla əlaqədar tələbatın artacağı gözlənilsə də, bu il belə olmadı. Qarşıdakı günlərdə alıcılıq qabiliyyətinin artacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031