xebermen.az

Bu gün Od çərşənbəsidir

3-03-2026, 10:04

 

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Od çərşənbəsi Novruz bayramının ikinci çərşənbəsidir.

Bu çərşənbədə hər kəs öz həyətində ocaq qalayır, odun alovunda niyyət edir, sağlamlıq və ruzi-bərəkət diləyir. İnsanlar inanırlar ki, tonqalın üzərindən tullanan hər kəs uğursuzluqlardan qurtulur, yeni ilə təmiz ruhla qədəm qoyur.

Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalayarlar. Buna səbəb həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun. Oddan tullananda deyərlər - “Ağırlığım, uğurluğum odda yansın!”

Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı günləri olaraq müəyyən edilib.

Martın 10-da Yel çərşənbəsi, martın 17-də isə Torpaq çərşənbəsi qeyd olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031