xebermen.az

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ - Qiymət

2-03-2026, 15:14


 

Həcc ziyarəti üzrə kvotanın 80 faizdən çoxu tamamlanıb.


Bu barədə "Trend"in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.


Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çox sayda müraciətini nəzərə alaraq builki həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.


Vüsal Cahangiri bildirib ki, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq.


Xatırladaq ki, həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930