xebermen.az

Onları işdən çıxarmaq qanunla qadağandır

1-03-2026, 10:51

 

Bəzi kateqoriyadan olan işçilərin işdən çıxarılması qadağandır.

Bu, Əmək Məcəlləsinin 79-cu maddəsində əksini tapıb.

Belə ki, hamilə və 3 yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin ləğvinə yol verilmir. 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər də bu kateqoriyaya daxildir. Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin də işdən çıxarılması qadağandır.

Eyni zamanda əmək qabiliyyətini müvəqqəti itirən şəxslər, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilər də bu kateqoriyaya aiddir. Həmçinin şəkərli diabet və ya dağınıq skleroz xəstəsi olan əməkdaşlarla əmək müqaviləsinin ləğvinə yol verilmir. Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə işdən çıxarılması da qadağandır.

Bundan başqa işçinin məzuniyyətdə və ya ezamiyyətdə olduğu müddətdə əmək müqaviləsinin ləğvi qadağandır.

Lakin bu müddəalar müəssisənin ləğv edilməsi və ya müddətli əmək müqaviləsinin müddətinin başa çatması hallarına şamil edilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930