xebermen.az

Seysmoloji Xidmətdən Şamaxıdakı zəlzələlər ilə bağlı açıqlama

28-02-2026, 11:27

 

Şamaxıda fevralın 27-də baş verən və maqnitudası 4.7 olan zəlzələdən sonra afterşoklar davam edir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

"Həmin zəlzələdən sonra maqnitudası 3-dən yuxarı olan 7 zəlzələ qeydə alınıb. Onlardan ən böyüyünün maqnitudası 3.8 olub. Bu gün baş verən beş zəlzələdən üçü episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Hazırda xırda təkanlar da davam edir", - V.Rafiqqızı bildirib.

Xatırladaq ki, fevralın 27-də Pirqulu seysmoloji stansiyasından 23 kilometr cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ baş verib.

Maqnitudası 4,7 olan zəlzələ yerli vaxtla saat 15:52-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, ocağının dərinliyi 13 kilometr olan yeraltı təkanlar episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bal gücündə hiss olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031