Azərbaycana haker hücumu - Klassik ÜSUL
Elektron Təhlükəsizlik Xidməti (ETX) “Narketing163” adlı qruplaşmanın ölkəmizə qarşı həyata keçirdiyi kiberhücum cəhdlərini aşkarlayaraq qarşısını alıb.
Xidmətin apardığı texniki analiz və indikatorlar üzrə korrelyasiya təhlili nəticəsində qeyd olunan hücumların daha əvvəl də Azərbaycana qarşı yönəldildiyini təsdiqləyən sübutlar müəyyən edilib.
Hücum çərçivəsində bir sıra dövlət və özəl qurumlara göndərilən e-poçt məktublarında tanınmış şirkət və təşkilatların adı, loqosu və rəsmi yazışma üslubu təqlid olunub. Məqsəd istifadəçilərdə etimad formalaşdırmaq və əlavə edilmiş zərərli faylın açılmasına nail olmaqdan ibarətdir.
Xidmətin araşdırması nəticəsində .az domen zonasında yerləşdirilmiş müvafiq resurs müəyyən edilərək operativ tədbirlər görülüb və zərərli faylın ölkə üzrə yayılmasının qarşısı alınıb.
İnsidentlə əlaqədar məlumatlar və əlavə indikatorlar ETX-nin istifadəyə verdiyi “İnsident Məlumatlarının Mübadiləsi Platforması”nda (https://misp.cert.az) paylaşılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: