xebermen.az

Hava şəraiti dəyişəcək - Yollarda diqqətli olun

27-02-2026, 10:46


 

“Meteoroloji proqnozlara əsasən, qarşıdakı günlərdə ölkəmizin bəzi ərazilərində yağıntılı və əlverişsiz hava şəraiti gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər”.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müraciətində deyilir.

Baş Dövlət Yol Polisi sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edib.

“Sürücülərdən xahiş edirik ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorusunlar, qəfil manevrlərdən və kəskin əyləclərdən çəkinib yağış, duman və ya qar zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər, zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar”, - qurumdan bildirilib.

Piyadalara tövsiyə olunub ki, yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər, qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031