xebermen.az

Azərbaycanda axır çərşənbə bu tarixdə qeyd olunacaq

26-02-2026, 09:48

 

2026-cı ildə Azərbaycanda ilaxır/torpaq çərşənbəsi (el arasında axır çərşənbə də deyilir) 17 mart tarixinə təsadüf edir.


Axır çərşənbə Novruz bayramının sonuncu və ən əhəmiyyətli çərşənbəsi sayılır.


Azərbaycanın bəzi bölgələrində bu çərşənbə böyük təntənə ilə qeyd edilir, süfrələr açılır və tonqallar yandırılır.


Axır çərşənbə ilə bağlı müxtəlif inanclar da mövcuddur. Sonuncu - dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlişinin əsl müjdəsi sayılır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930