xebermen.az

Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildi

20-02-2026, 20:43



Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildiABŞ-lı ekspertlərin qida sıxlığı reytinqinə görə, gündəlik süfrəmizdə tez-tez yer alan pomidor 20,37 bal toplayaraq bütün meyvələri geridə qoyub.

Baxmayaraq ki, çoxları pomidoru tərəvəz hesab edir, elmə görə o, meyvə sayılır. Onun bu qədər faydalı olmasının əsas səbəbi tərkibindəki likopen maddəsidir. Likopen güclü antioksidantdır və ürək-damar xəstəliklərinin qarşısını almağa, damarları qorumağa, bəzi xərçəng növlərinə qarşı müdafiə yaratmağa kömək edir.

Mütəxəssislər bildirirlər ki, pomidor bişirildikdə faydasını itirmir, əksinə likopenin orqanizm tərəfindən mənimsənilməsi daha da artır.

Siyahıda pomidordan sonra limon və çiyələk gəlir.

2026-cı ilin qidalanma hesabatına görə, ümumi qida dəyəri və qoruyucu təsiri nəzərə alındıqda pomidor ən sağlam meyvə seçilib. (Qaynarinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930